Almaniya futbolunda növbəti irqçi qalmaqalı

Almaniya futbolunda növbəti irqçi qalmaqalı
DÜNYA FUTBOLU 22 Mart 2019 / 16:33 6090
-  A +

Almaniya futbolunda daha bir irqçi qalmaqalı yaşanıb.

Qol.az xəbər verir ki, azarkeşlər Bundestimin üzvü İlkay Gündoğana qarşı irqçi şüarları səsləndiriblər. Hadisə Serbiya ilə yoldaşlıq oyunu zamanı baş verib. Türk əsilli yarımmüdafiəçi sözügedən matda ilk dəfə olaraq Almaniya millisinin kapitanı kimi meydana çıxıb.

İlkayla yanaşı, Leroy Sane də azarkeşlərin təhqiri ilə üzləşib. Volfsburq polisi məsələ ilə bağlı tədqiqata başlayıb.

Xatırladaq ki, bir neçə ay əvvəl Bundestimin digər türk əsilli üzvü Məsut Özil də irqçi təzyiqlərə məruz qalıb və bu səbəbdən milli komandadan gedib.

 

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı