"Bu gün Xorvatiyaya qarşı belə oynadıqsa..." - Səlahət Ağayev

"Bu gün Xorvatiyaya qarşı belə oynadıqsa..." - <b style="color:red">Səlahət Ağayev</b>
ÖLKƏ FUTBOLU 22 Mart 2019 / 03:20 5352
-  A +

"Güclü komandaya qarşı oynadıq. Rəqib dünya çempionatında ikinci olub. Oyun 1:1 hesabı ilə bitsəydi, bizim üçün daha yaxşı nəticə olardı. Yaxşı oynadıq. Nəyi bacarırdıqsa, meydana qoyduq".

Bu sözləri Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev Avro-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.

28 yaşlı qolkiper birinci hissədə buraxdığı qolun çətin epizod olduğunu vurğulayıb: "Topu çıxarmağı bacarmadım. Rəqibin ustalığı öz sözünü dedi. Bir xal qazansaydıq, daha yaxşı olardı. Komandada özünəinam yarandı ki, biz futbol oynaya bilirik. Bu gün Xorvatiyaya qarşı belə oynadıqsa, gələcəkdə şanslarımız da olacaq".

S.Ağayev rəqibin ulduz futbolçusu Luka Modriç haqqında da söz açıb: "Onun şərhə ehtiyacı yoxdur. Modriç dünya səviyyəli oyunçudur. Dünyanın ən yaxşı futbolçusu seçilıb. Onu boş yerə ən yaxşı oyunçu seçməyiblər".

 

Daha çox


Son xəbərlər
22.04.19  22:54

"Napoli" uduzdu

22.04.19  12:01

İlk dubl və 10-cu qol

22.04.19  09:45

"Real"da 300-cü oyun