Millimizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Xorvatiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Xorvatiyanı qələbə münasibətilə təbrik edirəm. Əslində biz uduzmalı deyildik. Daha çoxuna layiq ola bilərdik. Heyf ki, bunu bacarmadıq və buradan xalsız qayıdırıq. Bununla belə, vuruşduq, çalışdıq. Dünyanın ən güclü komandalarından birinə qarşı oynadıq. Rəqib qrupun mütləq olaraq ən güclü komandasıdır. Bu görüş bizim gələcəyimiz, motivasiyamız üçün vacibdir. İyunda iki ev oyunumuz var və biz çoxlu xal toplaya bilərik.
- Oyun ərzində hakimə tez-tez etiraz edirdiniz. Bu, nə ilə əlaqədar idi?
- Mən yalnız subyektiv fikrimi bildirirdim. Epizodlardan uzaq idim. Fikrimcə, verilən qərarların bəziləri doğru deyildi. Rəqib qələbəyə daha layiq idi. Qələbəyə hakim qərarları ilə kölgə salmaq istəmirəm.
- Xorvatiya yığması sürəti artırdıqda, Azərbaycan yığması çatdırmırdı. Gələcək oyunlarda nə lazımdır ki, belə rəqiblərlə qarşılaşmalarda xal qazanmaq mümkün olsun?
- Bu oyuna ciddi hazırlaşmışdıq və hər şey oyunçulara çatdırmışdıq. Bəxtimiz gətirsəydi, xal qazana bilərdik. Top-komanda ilə oyunda belə alınması gözlənilməzdir. Çünki əvvəldən bunu demək olmazdı. Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm. Xorvatiya FİFA reytinqində 4-cü yerdədir, dünya vitse-çempionudur. Bəlkə də hissənin axırlarında qol buraxmasaydıq, xal qazana bilərdik.
- Oyunçularınız performansından razı qaldınız?
- Hansınısa qabartmaq və ya narazılıq etmək istəmirəm. Ola bilsin, hansısa fərqləndi, amma ümumilikdə komandanın performansından narazı deyiləm.
- Xorvatiya millisinin oyunu barədə nə düşünürsünüz?
- Həmişə ürəyim Xorvatiya ilə döyünüb. Amma bu gün istəyim xal əldə etmək idi. Təəssüf ki, alınmadı.
- Bu rəqibdən Bakıda xal götürmək mümkün olacaqmı?
- Qarşıdakı müddətdə komanda ilə işləmək üçün çox vaxt olacaq. Ümid edirəm ki, Slovakiya və Macarıstanla oyunlarda daha yaxşı performans göstərəcəyik. Bu görüşlər bizim üçün həlledici olacaq. Optimistəm və inanıram ki, qələbə qazana biləcəyik.
- Oyunçularınızdan razı qaldığınızı dediniz. Bəs özləri nə hiss edirlər?
- Onlar da mənim kimidirlər. Bir tərəfdən başa düşürlər ki, güclü komandaya qarşı oynadılar. Digər tərəfdən, qələbəni əldən verdikləri üçün üzgündürlər. Dostlar yazırlar ki, təbrik edirik, layiqli çıxış etdiniz. Azərbaycan xalqına bayram hədiyyəsi bəxş etmək istəyirdik. Təəssüf ki, alınmadı (report.az).
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi