"Azərbaycan millisinin ən yaxşı futbolçusu Riçard Almeydadır. O, mənimlə "Qarabağ"da oynayır. Almeyda yarımmüdafiədə çox yaxşıdır. O, oyuna əla nəzarət edir, yaxşı ötürmələr verir. Azərbaycan yığmasının oyunu onun ətrafında olur. Ramil Şeydayevi isə yaxşı tanımıram. Ona görə onun haqda çox danışa bilməyəcəm".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç deyib.
Ölkəsinin mətbuatına danışan xorvat oyunçu millimizin Avro-2020-nin seçmə mərhələsində Xorvatiyaya qarşı keçirəcəyi matç haqda da danışıb: "Bütün azərbaycanlı futbolçular bilirlər ki, Xorvatiya aşkar favoritdir. Buna görə də belə komandalarla oynamaq onlar üçün yaxşıdır. Mən "Qarabağ"dakı komanda yoldaşlarımla bu oyun haqda az danışmışam. Xorvatiyada hansı futbolçuların oynadığı hamıya məlumdur. Buna görə heç bir təfərrüat soruşmurlar".
F.Ozobiç millimizin yeni baş məşqçisi Nikola Yurçeviç və köməkçisi Mario Tokiçlə Azərbaycanda görüşdüyünü söyləyib: " Biz də danışmaq üçün az vaxt var idi. Amma növbəti matçlarda yenidən görüşməklə bağlı razılaşmışıq.
Xorvatiya millisinin oyunçuları məndən Azərbaycan haqqında soruşublar? Mən daha çox gənclər yığmasında oynamışam. Heç kim mənə bununla bağlı müraciət etməyib".
27 yaşlı yarımmüdafiəçi milimizin zəif tərəfləri haqda da danışıb: "Bu barədə danışmaq çətindir. Çünki baş məşqçi yenidir. Baxaq, Yurçeviç Azərbaycanı hansı üslubda oynadacaq".
Ozobiç Azərbaycan yığmasında oynamaq istəyib-istəmədiyi ilə bağlı sualı isə belə cavablandırıb: "Mən Azərbaycanda artıq üçüncü ildir oynayıram. Bu barədə danışmaq tezdir. Azərbaycan pasportu almaq üçün 5 il o ölkədə olmalıyam. Nələr olacağını gələcəkdə birlikdə görəcəyik".
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq