Arzuman 90 dəqiqə oynadı - Çexiyada

Arzuman 90 dəqiqə oynadı - Çexiyada
XƏBƏR 19 Mart 2019 / 13:31 2893
-  A +

21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Arzuman Rizvanov Çexiyanın "Bohemians" klubunun U-21 komandasında oyuna çıxıb.

Qol.az-ın məlumatına görə, o, Gənclər Liqasının 22-ci turunda "Viktoriya"ya 1:2 hesabı ilə uduzduqları matçda 90 dəqiqə meydanda olub. Oyundan sonra A.Rizvanov U-21 millimizin düşərgəsinə yollanıb.

Qeyd edək ki, A.Rizvanov fevralda  Çexiyanın yüksək liqasında mübarizə aparan "Bohemians"lə bu ilin sonuna kimi müqavilə imzalayıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı