AFFA üç klubu cərimələdi - Deviçə bir oyunluq cəza

AFFA üç klubu cərimələdi - Deviçə bir oyunluq cəza
ÖLKƏ FUTBOLU 19 Mart 2019 / 13:00 1222
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, İK Topaz Premyer Liqanın 21-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Topaz  Premyer Liqasının 21-ci turunun “Sabah” – “Sumqayıt” matçında  qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 29-cu dəqiqəsində “Sabah”ın futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz  Premyer Liqasının 21-ci turunun “Zirə” – “Keşlə” matçında  meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord