"Azərbaycana ciddi yanaşmalıyıq" - xorvatiyalı futbolçu

"Azərbaycana ciddi yanaşmalıyıq" - xorvatiyalı futbolçu
ÖLKƏ FUTBOLU 19 Mart 2019 / 09:51 1489
-  A +

"Oyunların ağır keçəcəyini düşünürəm. Çünki hər kəs bizə qarşı istəkli olacaq. Belə görüşlərin asan keçəcəyini düşünməməliyik. Ən yüksək səviyyədə motivasiya olunmalıyıq. Sadəcə Balkan düşüncəsi ilə mübarizə aparsaq, başımıza iş açarıq. "Rusiyada dünya ikincisi olduq, asan qalib gələrik" kimi fikirləşməməliyik. Azərbaycana və  Macarıstana ciddi yanaşmalıyıq. Son dəqiqəyə qədər mübarizə aparmalıyıq. Şanslarımızdan istifadə edə bilməsək, işimizi çətinə sala bilərik".

Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu Andrey Kramariç Avro-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunlar öncəsi deyib.

Ölkəsinin mətbuatına danışan  27 yaşlı hücumçu millimizin baş məşqçisi Nikola Yurçeviçin bu matçda müdafiə futbolu oynadacağını söyləyib: "Bəli bir daha təkrar edirəm ki, qrupumuzdakı bütün rəqiblərimizdə motivasiya yüksək olacaq. Azərbaycan müdafiə futbolu oynayacaq. Hədəfə ən qısa müddətdə çatmağın yollarını axtaracağıq. Hər dəfə deyilməsinə baxmayaraq, sonradan problemlər üzə çıxır. Bilirəm ki, Rusiyadakı kimi mükəmməl alınmaya bilər. Çətin günlərə biz də hazırıq. Ən yaxşı oyunumuzu oynamalı və mübarizə aparmalıyıq".

Daha sonra Kramariç deyib: "Qrupda 2 komandanın Avropa çempionatına getməsi yaxşıdır və ümid edirəm ki, faciə baş verməyəcək. Narahat olmamalıyıq, 5 komanda arasında ilk 2 yerdə olacağımıza inanıram. Amma təkrar edirəm ki, pis qrupa düşmüşük. Hər kəs bizim üçün asan olacağını düşünür. Fikrimcə, hər oyun gərgin keçəcək".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki