İngiltərə millisində yeni oyunçu

İngiltərə millisində yeni oyunçu
DÜNYA FUTBOLU 18 Mart 2019 / 22:39 3410
-  A +

"Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi ilk dəfə İngiltərə millisinə çağırılıb.

Qol.az-ın İngiltərə Futbol Federasiyasının rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, 18 yaşlı yarımmüdafiəçi "Avro-2020"nin seçmə mərhələsində Çexiya və Monteneqro ilə oyunlar üçün milliyə dəvət edilib.

Bundan başqa, zədələnən "Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou heyətdən kənarlaşdırılıb. 

Qeyd edək ki, İngiltərə martın 22-i Çexiya, 3 gün sonra isə Monteneqro ilə qarşılaşacaq.


Son xəbərlər