Samir Abasovun 40-cı qələbəsi

Samir Abasovun 40-cı qələbəsi
XƏBƏR 18 Mart 2019 / 17:50 1364
-  A +

Topaz Premyer Liqasının 21-ci turunun “Keşlə” ilə qarşılaşması “Zirə”nin baş məşqçisi Samir Abasov üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi Abasova 40-cı qələbə sevinci bəxş ediblər. Baş məşqçi kimi klub karyerasında 117 oyunda iştirak edən mütəxəssis əvvəlki görüşlərdə 39 qələbə qazanmışdı. Yubiley qələbəsi iki komandadakı fəaliyyət sayəsində gerçəkləşib. Onun rəhbərliyi altında “Sumqayıt” 33, “Zirə” isə 7 dəfə qalib gəlib.

Abasovun baş məşqçi kimi qazandığı 40 qələbədən 34-ü Premyer Liqa, 6-sı Azərbaycan kubokuna təsadüf edib.

Qeyd edək ki, bu mövsümün gedişində “Zirə”nin baş məşqçisi təyin olunan Abasov komandanı 21 görüşə çıxarıb. Bu oyunlarda “qartallar” 7 qələbə qazanıb ki, bunun beşi çempionat, ikisi kuboka təsadüf edib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın