UEFA Ronaldoya intizam işi açdı

UEFA Ronaldoya intizam işi açdı
DÜNYA FUTBOLU 18 Mart 2019 / 15:26 5386
-  A +

UEFA "Yuventus"un futbolçusu Kriştiano Ronaldo ilə bağlı intizam işi açıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna portuqaliyalı hücumçunun Çempionlar Liqasının 1/8  finalının "Atletiko" ilə cavab matçında etdiyi qeyri-etik hərəkət səbəb olub. Məsələ ilə bağlı martın 21-də qərar veriləcək.

Xatırladaq ki, Ronaldo "Atletiko" ilə görüşdə het-trik etməklə komandasını növbəti mərhələyə yüksəldib. O, 3-cü qoldan sonra  sevincini qeyri-etik şəkildə qeyd edib. Ronaldo bununla ilk görüşdə eyni jesti edən "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneyə cavab verib. Simeone bu hərəkətinə görə UEFA tərəfindən 20 min avro cərimələmişdi.

Son xəbərlər