“Azərbaycanla oyunda hər şey bizdən asılı olacaq” – Zlatko Daliç

“Azərbaycanla oyunda hər şey bizdən asılı olacaq” –  Zlatko Daliç
ÖLKƏ FUTBOLU 18 Mart 2019 / 14:45 1844
-  A +

AÇ-2020-nin seçmə mərhələsində əvvəlcə Azərbaycan, ardınca isə Macarıstanla qarşılaşacaq Xorvatiya millisi təlim-məşq toplanışına start verib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, bu gün mətbuat konfransı keçirən yığmanın baş məşqçisi Zlatko Daliç əvvəlcə heyətlə bağlı problemə toxunub. 52 yaşlı mütəxəssis daha çox müdafiə xəttindəki çatışmazlığa görə narahatlığını bildirib:

“Müdafiədə dünya çempionatındakı heyətdən yalnız Domoqoy Vida oynaya biləcək. Əslində elə ən böyük problemimiz də müdafiə xətti ilə bağlıdır. Futbolçular uzun müddət birlikdə oynamadıqlarından, heyəti qurmaq çətindir. Bir sözlə, bizim üçün asan olmayacaq”.

Daliç martın 21-də evdə Azərbaycanla keçirəcəkləri oyun haqda da fikirlərini açıqlayıb: “Azərbaycanın daha çox iki sürətli futbolçu və braziliyalı Riçard Almeyda üzərində qurulan oyun taktikası var. Heyətə 5-6 yeni futbolçu dəvət ediblər. Amma həmin qarşılaşmada hər şey bizdən, bizim necə oynamağımızdan asılı olacaq. “Maksimir” stadionunun tam dolacağını və azarkeşlərimizin bizə yaxşı dəstək verəcəyini gözləyirəm”.

Qeyd edək ki, martın 21-də Azərbaycanı qəbul edəcək Xorvatiya yığması 3 gün sonra Macarıstanın qonağı olacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki