“Qarabağ” 3-cü dövrənin ən yaxşısıdır

“Qarabağ” 3-cü dövrənin ən yaxşısıdır
ÖLKƏ FUTBOLU 18 Mart 2019 / 12:07 1673
-  A +

Topaz Premyer Liqasında 3-cü dövrə başa çatıb.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, mövsümün ikinci yarısının 7 turunda 28 qarşılaşma keçirilib. Bu oyunlarda 52 top vurulub. 2019-cu ilin arxada qalan hissəsinin ən yaxşısı “Qarabağ” olub. 7 qarşılaşmada uduzmayan Ağdam klubu hesabına 15 xal yazıb.
 
“Neftçi”, “Qəbələ” və “Zirə” 12 xal toplayıblar. Dövrədə qələbə qazanmayan yeganə komanda cəmi 2 xal yığan “Sumqayıt”dır.
 

Daha çox


Son xəbərlər
22.04.19  22:54

"Napoli" uduzdu

22.04.19  12:01

İlk dubl və 10-cu qol

22.04.19  09:45

"Real"da 300-cü oyun