"Barselona"dan böyükhesablı qələbə - Messi het-trik etdi

"Barselona"dan böyükhesablı qələbə - Messi het-trik etdi
DÜNYA FUTBOLU 18 Mart 2019 / 02:01 5159
-  A +

İspaniya La Liqasının 28-ci turunun son oyununda lider "Barselona" "Betis"in qonağı olub.

Qol.az-ın məlumatına görə, Ernesto Valverdenin komandası səfər matçında 4:1 hesablı qələbə qazanıb. Kataloniyalıların heyətində Lionel Messi het-rik edib. Digər qolu isə Luis Suares vurub.


17 mart

"Betis" - "Barselona" - 1:4
Qollar:
L. Messi, 18, (0:1), 45 (0:2), 85 (1:4), L. Suares, 63 (0:3), L. Moron, 82 (1:3)

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 66-ya yüksəldən "Barselona" ilk sıradakı mövqeyini möhkəmlədib. Hazırda kataloniyalıları ən yaxın izləyiciləri "Atletiko"dan 10, "Real"dan 12 xal ayırır. "Betis" isə 39 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər