Xamesdən het-trik, "Bavariya"dan darmadağın - 6:0

Xamesdən het-trik, "Bavariya"dan darmadağın - 6:0
DÜNYA FUTBOLU 18 Mart 2019 / 00:10 3136
-  A +

Almaniya bundesliqasında 26-cı tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 3 qarşılaşma keçirilib. "Verder" səfərdə "Bayer"ə, "Ayntraxt" evdə "Nürnberq"ə qalib gəlib. Lider "Bavariya" isə doğma meydanda "Maynts"ı darmadağın edib. Niko Kovaçın komandası ötən tur olduğu kimi, bu dəfə də 6 cavabsız qolla qalib gəlib.

17 mart

"Bayer" - "Verder" - 1:3
Qollar:
M. Kruse, 13 (0:1), 90 (1:3), M.Raşitsa, 37 (0:2), L. Beyli, 75 (1:2)

"Ayntraxt" - "Nürnberq" - 1:0
Qol:
M. Hintereqqer, 31

"Bavariya" - "Maynts" - 6:0
Qollar:
R. Levandovski, 3 (1:0), X. Rodriqes, 33 (2:0), 51 (4:0), 55 (5:0), K. Kuman, 39 (3:0), A. Deyvis, 70 (6:0)

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 60 çatdıran "Bavariya" liderliyini qoruyub. Eyni xala malik Dortmund "Borussiya"sı 2-cidir. "Bayer" (42 xal) 6-cı, "Verder" (39 xal) 8-ci, "Ayntraxt" (46 xal) 5-ci, "Nürnberq" (13 xal) 18-ci, "Maynts" isə (30 xal) 13-cüdür.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı