"Başakşəhər" məğlubiyyətdən qaçdı - 90+7-də

"Başakşəhər" məğlubiyyətdən qaçdı - 90+7-də
DÜNYA FUTBOLU 17 Mart 2019 / 19:01 3849
-  A +

Türkiyə Superliqasında 26-cı turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, lider "Başakşəhər" bu tur səfərdə "Kayserispor"un qonağı olub. Abdullah Avcının komandası çempionluq yolunda vacib xallar itirib. Oyunda hesabı meydan sahibləri açıblar. Qonaqlar 90+7-ci dəqiqədə Emanuel Adebayorun penaltidən vurduğu qolla məğlubiyyətdən qaça bilib..

19 mart

"Kayserispor" - "Başakşəhər" - 1:1
Qollar:
Ş. Çinaz, 20 (1:0), E.Adebayor, 90+7-penalti (1:1)

Qeyd edək ki, heç-heçədən sonra xallarının sayını 58-ə yüksəldən "Başakşəhər" liderliyini davam etdirir. İkinci sıradakı "Qalatasaray"ın 49, 3-cü yerdəki "Beşiktaş"ın 47 xalı var. Əgər bu gün "Qalatasaray" səfərdə "Bursaspor"a qalib gəlsə, liderlə xal fərqini 6-ya endirəcək. "Kayserispor" isə 33 xalla 12-ci sırada qərarlaşıb.

Son xəbərlər