"Yuventus"dan gözlənilməz məğlubiyyət

"Yuventus"dan gözlənilməz məğlubiyyət
DÜNYA FUTBOLU 17 Mart 2019 / 17:53 3477
-  A +

İtaliya A Seriyasında 28-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, çempionatın lideri "Yuventus" bu tur gözlənilmədən məğlub olub. Səfərdə "Cenoa"nın qonağı olan Turin klubu 0:2 hesabı ilə uduzub. Komandanın baş məşqçisi Massimiliano Alleqri Kriştiano Ronaldoya istirahət verdiyindən portuqaliyalı superulduzun adı "Cenoa" ilə matçın iştirak ərizəsinə salınmayıb.

17 mart

"Cenoa" - "Yuventus" - 2:0
Qollar:
S. Sturaro, 72 (1:0), Q. Pandev, 81 (2:0)

Qeyd edək ki, hazırda 75 xalla turnir cədvəlinə başçılıq edən "qoca sinyora" ən yaxın izləyicisi "Napoli"ni 18 xal qabaqlayır. Neapollular liderdən 1 oyun az keçiriblər. "Cenoa" isə 33 xalla 12-ci sırada qərarlaşıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın