Özil bu uşaqlara formalarını göndərdi – Şəkillər

Özil bu uşaqlara formalarını göndərdi – Şəkillər
DÜNYA FUTBOLU 12 Mart 2019 / 14:00 2904
-  A +

"Arsenal"ın futbolçusu Məsut Özil örnək addımı ilə gündəmə gəlib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, əvvəlcə Kenyanın Nayrobi şəhərində yaşayan Lavrens adlı uşağın qələmlə arxasına “Özil” yazdığı formalı şəkilləri sosial mediada məşhurlaşıb.

Bu şəkilləri görən 30 yaşlı yarımmüdafiəçi həmin uşağa və dostlarına forma, top və butslar göndərib. Şəxsi “İnstagram” səhifəsində uşaqların şəkillərini paylaşan Almaniya millisinin sabiq üzvü bu sözləri yazıb: “Öz əlləriylə düzəltdiyi formanı geyinən uşaqların şəkillərini internetdə görəndə çox təsirləndim. İndi Lavrensə baxın. Onu və qardaşını belə xoşbəxt gördüyüm üçün çox sevinirəm”.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord