İlham Əliyev ulduz futbolçularla görüşdü - Şəkillər

İlham Əliyev ulduz futbolçularla görüşdü - Şəkillər
XƏBƏR 3 Mart 2019 / 14:54 5582
-  A +

Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar bu gün paytaxtımızda təşkil olunan “Bakı 2019: Ulduzlar Finalı”nı prezident İlham Əliyev və qızı Leyla Əliyeva da izləyib.

Qol.az xəbər verir ki, əvvəlcə ölkə başçısı oyunda iştirak edən futbolçularla görüşüb. Ardınca UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib.

Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Vəli Qasımov, Nazim Süleymanov kimi ulduzların meydana çıxdığı matçda "Şərq Ulduzlar"ı 11:10 hesablı qələbə qazanıblar.

Şəkillər "Azərtac"a məxsusdur.






























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər