"Yapon döyüşçüləri üçün gənc və yaşlı olmağın fərqi yoxdu. Çünki onlar yapondurlar və texniki cəhətdən istedadlıdırlar”.
Qol.az xəbər verir ki, bunu Almaniyanın Düsseldorf şəhərindəki "Böyük Dəbilqə" turnirinin finalında Sanşiro Muraonu məğlub etmiş Azərbaycan millisinin cüdoçusu Məmmədəli Mehdiyev deyib.
"Böyük Dəbilqə" seriyalı turnirlərdə ilk dəfə qızıl medal qazanan 90 kq çəkili Mehdiyev çox xoşbəxt olduğunu söyləyib: “Döyüşün əvvəlində iki xəbərdarlıq aldım və sona qədər bir daha belə halın baş verməməsinə çalışdım. Mümkün olan hər şeyi etdim və qələbə qazandım. Həqiqətən çox xoşbəxtəm”.
Qeyd edək ki, "Böyük Dəbilqə" turnirində Məmmədəli Mehdiyev (90 kq) qızıl, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb. Bununla da Azərbaycan cüdo yığması 93 ölkə arasında 3-cü yeri tutub.
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı