"Mourinyo getməsəydi, "Mançester Yunayted"də qalardım"

"Mourinyo getməsəydi, "Mançester Yunayted"də qalardım"
DÜNYA FUTBOLU 21 Fevral 2019 / 19:25 4535
-  A +

Çinin "Şandonq Lunen" klubunun futbolçusu Maruan Fellaini sabiq baş məşqçisi Jose Mourinyo haqda danışıb.

Qol.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında “mankunyanlar”dan ayrılmasının səbəblərindən biri kimi Mourinyonun komandadan gedişini göstərib:

"Futbolda hər şey ola bilər. Mourinyo ayrılanda klubla müqaviləm davam edirdi. O, ayrılmasaydı, komandada qala bilərdim".

Qeyd edək ki, cari mövsüm “MY”-də 21 oyunda 2 qol vuran Fellaini bu ayın əvvəlində Çin klubuna keçib. 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı