"Beşiktaş" onu göndərir

"Beşiktaş" onu göndərir
DÜNYA FUTBOLU 21 Fevral 2019 / 14:45 2386
-  A +

"Beşiktaş" futbolçusu Gökhan Törəylə yollarını ayırır.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar"la bu mövsümün sonuna kimi müqaviləsi olan 27 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif olunmayacaq.

Hazırda əvəzedici komandayla məşqlərə çıxan Türkiyə millisinin sabiq üzvünün meneceri Ali Pektaşın açıqlamasına görə, Törə yayda İtaliya və İspaniya klublarından birində çıxış edəcək.

Qeyd edək ki, tez-tez zədədən əziyyət çəkən G. Törə bu mövsüm ümumilikdə, 8 oyunda meydana çıxıb, 1 qol ötürməsi edib.


Son xəbərlər