Aleks "Fənərbaxça"ya qayıdır

Aleks "Fənərbaxça"ya qayıdır
DÜNYA FUTBOLU 21 Fevral 2019 / 14:17 4817
-  A +

"Fənərbaxça"nın əfsanəvi futbolçusu Aleks de Souza klubun idman direktoru vəzifəsində çalışa bilər.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, ötən həftə "sarı-lacivərtlilər"in prezidenti Ali Koçun dəvəti ilə İstanbula gələn veteran futbolçuya idman direktorluğu vəzifəsi təklif olunub. O, ölkəsinə qayıdaraq ailəsi ilə məsləhətləşib, daha sonra qərarını verəcəyini bildirib.

Brazilya millisinin sabiq üzvü uzun müddət sonra tribunadan komandanın ev oyununu izləyib, klubun düşərgəsini, stadionu gəzib, futbolçularla görüşüb.

Qeyd edək ki, Aleks İstanbul təmsilçisinin heyətində çıxdığı 333 oyunda 167 qol vurub, 142 qol ötürməsi edib. Bununla birlikdə,  3 dəfə superliqanın, 1 dəfə ölkə kubokunun və 2 dəfə superkubokun qalibi olub.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq