Simeone qeyri-etik jesti barədə - "Demək istədim ki..."

Simeone qeyri-etik jesti barədə - "Demək istədim ki..."
DÜNYA FUTBOLU 21 Fevral 2019 / 11:32 6363
-  A +

Dieqo Simeone Çempionlar Liqasının 1/8  finalında "Yuventus" üzərində qələbədən (2:0) sonra qeyri-etik jesti ilə bağlı açıqlama verib.

Qol.az  İspaniya mətbuatına  istinadən xəbər verir ki, o, etdiyi hərəkətə görə üzr istəyib:

"Bu jesti mən futbolçu olarkən "Latsio" - "Bolonya" matçından sonra da etmişdim. Yenə bunu edib, azarkeşlərimizə göstərdim ki, "Atletiko"nun q..u var. Koke ilə Kostanı meydana buraxmağa q.. lazım idi.  Bu, rəqibə yönəlmiş jest deyildi. Etiraf edirəm ki, bu jesti yaxşı saymaq olmaz. Ancaq hiss edirdim ki, bunu etməliyəm. Çox ağır oyun oldu. Mən hiss etdiyimi göstərməli idim. Kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm. Amma bunu bilərəkdən etdim".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın