Ronaldo "Atletiko"ya sataşdı

Ronaldo "Atletiko"ya sataşdı
DÜNYA FUTBOLU 21 Fevral 2019 / 10:13 5756
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8  finalında "Atletiko"ya 0:2 hesabı ilə uduzduqları səfər oyunundan sonra  Madrid klubuna atmaca atıb.

Qol.az-ın məlumatına görə,o, matçdan sonra jurnalistlərin yanından keçən  zaman deyib: "Mən Çempionlar Liqasını beş dəfə qazanmışam, "Atletiko" isə sıfır dəfə".

Portuqaliyalı hücumçu növbəti mərhələyə yüksəlmək şansları ilə bağlı isə bildirib: "Növbəti mərhələyə keçmək? Baxarıq...".

Qeyd edək ki,"Atletiko" ilə görüş ərzində azarkeşlərin şüarlarına məruz qalan Ronaldo tribunalara əlləri ilə "5" göstərərək də ÇL-in  kubokunu 5 dəfə qazandığını xatırladıb.


Son xəbərlər