"Koke və Dieqo Kosta kimi mühüm oyunçularımız qayıtdıqdan sonra çox güclü komandaya qarşı ağıllı futbol oynaya bildik.Futbolçular bütün epizodlardan istifadə etmək lazım olduğunu bilirlər. Çox vacib nəticə əldə etdilər".
Qol.az-ın məlumatına görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çemponlar Liqasının 1/8 finalında "Yuventus"a 2:0 hesabı ilə qalib gəldikləri ev oyunundan sonra deyib.
"Turində bizə çətin olacağını bilirik. Bizə çox dözmək lazım olacaq. Çünki istədiyimiz nəticəni əldə etmək üçün başqa üsul görmürəm"- deyə o bildirib.
Argentinalı mütəxəssisin sözlərinə görə, matçda güclü tərəf onlar idilər: "Oyunu doğru istiqamətə çevirdik. Biz şanslardan rahat istifadə etdik. Nəticədə çox güclü rəqib üzərində qələbə qazandıran qollar vurduq".
Simeone bildirib ki, qələbəyə baxmayaraq hər iki komandanın şansları hələ də bərabərdir: "Komanda tribunaların dəstəyinə yaxşı reaksiya verdi. Mənə görə, şanslar yenə də bərabərdir. Hələ heç nə qazanmamışıq. Çünki böyük komandaya qarşı oynayırıq".
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video