"Qəbələ" - "Keşlə" : 48-ci duel

"Qəbələ" - "Keşlə" : 48-ci duel
XƏBƏR 20 Fevral 2019 / 21:55 1246
-  A +

Bu həftə Topaz Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək.

Qol.az-ın məlumatına görə,   “Qəbələ” öz meydanında “Keşlə” ilə üz-üzə gələcək. Qarşılaşma fevralın 23-də keçiriləcək . Qəbələ şəhər stadionundakı matç “qırmızı-qaralar”ın paytaxt təmsilçisi ilə 48-ci oyunu olacaq. İndiyədək komandamız “Keşlə” ilə 47 dəfə görüşüb.

Hesabında 15 qələbə olan “Qəbələ” digər oyunlarda 16 heç-heçə və eyni sayda məğlubiyyətlə üzləşib. Bu duellərdə ümumilikdə 110 qol vurulub. 50 dəfə rəqib qapısına yol tapan futbolçular 60 qol buraxıb. “Keşlə” ilə oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 5 qola sevinən Daniel Subotiçdir.

47 oyundan 42-si Premyer Liqa, 5-i kubok çərçivəsində keçirilib. Çempionat matçlarında 12 dəfə qalib gələn “Qəbələ” 16 heç-heçə edib və 14 dəfə uduzub. Komanda 43 qol vurduğu bu qarşılaşmalarda 53 top buraxıb.

“Qəbələ” 24-cü dəfə “Keşlə”ni öz meydanında qonaq edəcək. Evdə üstünlüyə malik olan “qırmızı-qaralar” 8 qələbə qazanıb, 10 heç-heçə edib və 5 dəfə uduzub. Rəqib qapısından 27 top keçirən futbolçular 22 qol buraxıb.

Mənbə: "Qəbələ"nin saytı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın