Kavani məşqlərə başladı

Kavani məşqlərə başladı
DÜNYA FUTBOLU 20 Fevral 2019 / 18:50 1007
-  A +

Fransa Liqasının 24-cü turunun "Bordo" ilə oyununda zədələnən PSJ-nin hücumçusu Edinson Kavani sıraya dönüb.

Qol.az-ın klubun rəsmi “Tvitter” səhifəsinə istinadən yaydığı xəbərə görə, uruqvaylı futbolçu artıq məşqlərə başlayıb. Hələlik fərdi hazırlıqla kifayətlənən 31 yaşlı forvardın Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted”lə martın 6-da keçiriləcək cavab oyunda meydana çıxacağı istisna olunmur.

Qeyd edək ki, PSJ ilk görüşdə səfərdə “Mançester Yunayted”ə 2:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı