Millimizin üzvü Türkiyəyə getdi

Millimizin üzvü Türkiyəyə getdi
ÖLKƏ FUTBOLU 19 Fevral 2019 / 10:07 2523
-  A +

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Krılya Sovetov” klubu təlim-məşq toplanışınının sonuncu - 3-cü mərhələsi üçün yenidən Türkiyəyə yollanıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Samara təmsilçisi hazırlıq keçəcəyi Antalyanın Bələk bölgəsinə 25 futbolçu ilə gedib ki, onların arasında Şeydayev də var.

Qeyd edək ki, "Krılya Sovetov" Antalyada 4 yoxlama oyunu keçirəcək. Komandanın bundan əvvəlki 2 toplanışı müvafiq olaraq, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə olmuşdu.

Daha çox


Son xəbərlər