ÇL-də daha iki oyuna hakim təyinatları

ÇL-də daha iki oyuna hakim təyinatları
XƏBƏR 18 Fevral 2019 / 20:30 1624
-  A +

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki oyunu üçün hakim təyinatları açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Şalke" - "Mançester Siti" görüşünü  İspaniya Futbol Federasiyasından Karlos del Kerro Qrande  idarə edəcək. Ona  Xuan Karlos Yuste  Ximenes və Roberto Alonso Fernandes köməklik edəcəklər. 4-cü hakim funksiyasını Xose Mariya Sançes Martines yerinə yetirəcək. VAR (videotəkrar) hakimləri isə Alexandro  Xose Hernandes və Xuan Martines Munuera  olacaqlar.

"Atletiko" - "Yuventus"" görüşü isə almaniyalı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Feliks Zvayer, laysmanlar Torsten Şiffner və Marko Açmüller, 4-cü referi isə Tobias Vels olacaq. VAR sisteminə isə Bastian Dankert və Saşa Stegemann nəzarət edəcək.

Qeyd edək ki, hər iki qarşılaşma fevralın 20-dən 21-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın