Ərəb şahzadəsindən "Mançester Yunayted"ə 4,9 milyard

Ərəb şahzadəsindən  "Mançester Yunayted"ə 4,9 milyard
DÜNYA FUTBOLU 18 Fevral 2019 / 17:48 4057
-  A +

Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd İbn Salman "Mançester Yunayted"i almaqda israrlıdır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, şahzadə "qırmızı şeytanlar" üçün 4,9 milyard dollar verməyə hazırdır. Onun İngiltərə klubunun hazırkı sahibi Avram Qleyzerlə də görüşdüyü  bildirilib.

Qeyd edək ki, Məhəmməd İbn Salman ötən il də "Mançester Yunayted"i almağa cəhd göstərmişdi. O, həmin vaxt qarşı tərəfə 3 milyard dollar təklif etsə də, Qleyzerlər ailəsi bu görüşdən və klubun satılmasından imtina etmişdi.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı