"Yuventus"dan İkardi açıqlaması

"Yuventus"dan İkardi açıqlaması
DÜNYA FUTBOLU 18 Fevral 2019 / 17:00 3345
-  A +

“Yuventus”un idman direktoru Fabio Paratiçi “İnter”in futbolçusu Mauro İkardinin transfer ediləcəyi iddialarına münasibət bildirib.

Qol.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatına açıqlama verən klub rəsmisi 25 yaşlı hücumçunun Turin klubunda oynamaqla bağlı düşüncələrini bilmək istədiklərini deyib:

“İkardinin “Yuventus”da oynamaq istəyib, istəməyəcəyi haqda fikrini bilmək istəyirik. Ancaq hələ ki, aramızda görüş olmayıb. O, hazırda “İnter”in futbolçusudur və biz isə çempionata köklənmişik”.

Argentina millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində 28 oyunda 15 qol vurub, 3 qol ötürməsi edib.

Xatırladaq ki, "İnter"lə yeni müqavilə məsələsində razılığa gələ bilməyən İkardidən kapitanlıq sarğısını alıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord