Riberi və Boatenq Liverpula aparılmadı

Riberi və Boatenq Liverpula aparılmadı
DÜNYA FUTBOLU 18 Fevral 2019 / 13:55 1920
-  A +

Çempionlar Liqasının 1/8 finalında sabah "Liverpul"un qonağı olacaq "Bavariya" müdafiəçisi Jerom Boatenqın xidmətindən yararlana bilməyəcək.

Qol.az xəbər verir ki, Komandanın baş məşqçsi Niko Kovaç Almaniya mətbuatına açıqlamasında Boatenqin mədəsində ağrı olduğu üçün Münhendə qalmalı olduğunu deyib. Frank Riberi isə ötən gecə övladı dünyaya gəldiyinə görə komandayla birgə İngiltərəyə getməyib. Onun düşərgəyə sonra qoşulacağı bildirilib.

Qeyd edək ki, sabah gecə keçiriləcək "Liverpul" - "Bavariya" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki