Azərbaycan çempionatının 99-cusu

  Azərbaycan çempionatının 99-cusu
ÖLKƏ FUTBOLU 18 Fevral 2019 / 11:54 1482
-  A +

Topaz Premyer Liqasının 17-ci turunun “Keşlə” – “Sumqayıt” oyunu (2:1) gənc hakim Rauf Allahverdiyevin debütü ilə əlamətdar olub.

Qol.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın dördüncü hakimi olan Allahverdiyev oyunun gedişində Rauf Cabbarovu əvəzləyib. O, cari mövsüm Premyer Liqa oyununu baş hakim kimi idarə edən 12-ci ədalət təmsilçisi olub.

Allahverdiyev 1992-ci ildən keçirilən ölkə çempionatları tarixinə 99-cu baş hakim kimi düşüb. O, debütü bu mövsümə təsadüf edən 2-ci hakimdir. X12-ci turda Səbuhi Bayramovun debütü gerçəkləşmişdi.

Daha çox


Son xəbərlər