"Napoli"dən xal itkisi, "İnter"dən çətin qələbə

"Napoli"dən xal itkisi, "İnter"dən çətin qələbə
XƏBƏR 18 Fevral 2019 / 01:15 2798
-  A +

İtaliya A Seriyasının 24-cü turunda daha 6 oyun keçirilib.

Qol.az-ın məlumatına görə, "Fiorentina" SPAL, "Empoli" "Sassuolo" üzərində böyükhesablı qələbə qazanıb. Bundan başqa, "Cenoa" "Latsio"nu, "Udineze" "Kyevo"nu, "İnter" isə "Sampdoriya"nı məğlub edib. Günün son oyununda isə "Napoli" "Torino"nun qonağı olub. Neapollular 90 dəqiqə ərzində rəqibin müqavimətini qıra bilməyib - 0:0.

Tura sabah keçiriləcək "Roma" - "Bolonya" oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, A Seriyasında turnir cədvəlinə 66 xalla "Yuventus" başçılıq edir. "Napoli" 53 xalla 2-ci, "İnter" 46 xalla 3-cüdür. Dördüncü sıradakı "Milan"ın isə 43 xalı var. Bir oyun az keçirən "Roma" isə 38 xalla 5-cidir.


İtaliya A Seriyası, 24-cü tur

17 fevral

SPAL - "Fiorentina" - 1:4
Qollar:
A. Petanya, 36 (1:0), E. Fernandes, 44 (1:1), C. Veretut, 79-pen. (1:2), C. Simeone, 80 (1:3), Gerson, 88 (1:4)

"Empoli" - "Sassuolo" - 3:0 
Qollar:
R. Kruniç, 34 (1:0), A. Akua, 37 (2:0), D. Farias, 60 (3:0)

"Cenoa" - "Latsio" - 2:1
Qollar:
M. Badely, 44 (0:1), A. Sanabria, 75 (1:1), D. Krişito, 90

"Udineze" - "Kyevo" - 1:0
Qol:
L. Teodorşik, 85

"İnter" - "Sampdoriya" - 2:1
Qollar:
D. D`Ambrozio, 73 (1:0), M. Qabbiadini, 75 (1:1), R. Naynqqolan, 78 (2:1)

"Napoli" - "Torino" - 0:0


18 fevral

"Roma" - "Bolonya"

Daha çox


Son xəbərlər