"Futbolçularda güc hiss etdim" - millimizin baş məşqçisi

"Futbolçularda güc hiss etdim" - millimizin baş məşqçisi
ÖLKƏ FUTBOLU 18 Fevral 2019 / 00:16 2041
-  A +

"İstər fiziki, istərsə də taktiki baxımdan çox güclü komandaya qarşı oynadıq. Bir nəfər azlıqda qalmağımız oyuna öz təsirini göstərdi".

Qol.az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına açıqlamasında deyib. Millimiz İspaniya toplanışının sonuncu günündə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoldaşlıq oyununda rəqibinə 0:2 hesabı ilə uduzub. Məğlubiyyəti şərh edən gənc mütəxəssis bu cür rəqiblərə qarşı 70 dəqiqə azlıqda oynamağın çox çətin olduğunu bildirib:

"Buna baxmayaraq, futbolçularımız sonadək mübarizə apardılar. Təəssüf ki, oyunun sonlarına yaxın qollar buraxdıq. Oyunu azlıqda keçirməyimiz bizim üçün bir sınaq oldu. Futbolçularda güc hiss etdim".

Bu təlim-məşq toplanışının komanda üçün faydalı olduğunu söyləyən V. Məmməd güclü rəqiblərlə qarşılaşaraq çatışmayan cəhətləri üzə çıxardıqlarını söyləyib: "Artıq onların üzərində işləyəcəyik. Heyəti demək olar ki, müəyyənləşdirmişik. Son hazırlıq mərhələsində bəzi oyunçular heyətə cəlb olunacaq. Elit-raund öncəsi təşkil olunacaq təlim-məşq toplanışında müəyyənləşdirdiyimiz heyətlə hazırlaşacağıq".

Daha çox


Son xəbərlər