"Borussiya" xal itirdi, "Bayer" 5-ci pilləyə yüksəldi - Bundesliqa

"Borussiya" xal itirdi, "Bayer" 5-ci pilləyə yüksəldi - Bundesliqa
DÜNYA FUTBOLU 18 Fevral 2019 / 00:05 2740
-  A +

Almaniya bundesliqasında 22-ci turun daha 2 oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, günün ilk matçında "Borussiya" "Ayntraxt"ın qonağı olub. Üçüncü pillədə qərarlaşan Münhenqladbax təmsilçisi Ayntraxt səfərində xal itkisi ilə üzləşib - 1:1.

Günün ikinci qarşılaşmasında isə "Bayer" doğma azarkeşləri önündə "Fortuna"nı qəbul edib. Düseldorf təmsilçisinin qapısından 2 cavabsız top keçirən leverkuzenlilər 5-ci pilləyə yüksəliblər.

Tura sabah yekun vurulacaq.

Qeyd edək ki, turnir cədvəlinə 50 xalla bir oyun az keçirən Dortmund "Borussiya"sı başçılıq edir. İkinci sıradakı "Bavariya" liderdən 2 xal geri qalır. Üçünçü sırada 43 xalla Münhenqladbax "Borussiya"sı, 4-cü pillədə isə "Leyptsiq" qərarlaşıb.


Almaniya Bundesliqası, 22-ci tur

17 fevral

"Ayntraxt" - "Borussiya" (Münhenqladbax) - 1:1
Qollar:
D. Da Kosta, 45 (1:0), D. Zakariya, 82 (1:1)

"Bayer" - "Fortuna" - 2:0
Qollar:
K. Havertz, 18 (1:0), L. Beyli, 66 (2:0)


18 fevral

"Nürnberq" - "Borussiya" (Dortmund)

Son xəbərlər