"Xal itkiləri hələ çox olacaq" - Qurban Qurbanov

"Xal itkiləri hələ çox olacaq" -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 17 Fevral 2019 / 19:57 3718
-  A +

“Futbolçularımı təbrik edirəm. Vacib qələb oldu. "Qəbələ"ni də layiqli mübarizəyə görə təbrik edirəm. Qış fasiləsindən sonra daha yaxşı təsir bağışlayırlar”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 17-ci turunda “Qəbələ”ni məğlub etdikləri (2:1) oyundan sonra mətbuat konfransında deyib.

O, "Neftçi"nin dünən xal itirməsi komandanızda əlavə təzyiq yaratmışdımı?" sualını belə cavablanıdırb:"Ola bilsin ki, üzərimizdə bir az təzyiq hiss olunurdu. Ancaq qarşımıza məqsəd qoymuşuq ki, hər matçda oyunumuzu yaxşılaşdıraq. Məncə, xal itkiləri hələ çox olacaq. Gördüyünüz kimi, çempionatımız gərgin keçir. Biz sadəcə öz oyunumuz barədə düşünürdük”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı