"Barselona"nın oyunu Çakıra tapşırıldı

"Barselona"nın oyunu Çakıra tapşırıldı
DÜNYA FUTBOLU 17 Fevral 2019 / 15:28 3846
-  A +

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Lion" - "Barselona" və "Liverpul" - "Bavariya" oyunları üçün təyinatları açıqlayıb.

Qol.az-ın qurumunda rəsmi saytına istinadən yaydığı xəbərə görə, franzıslarla ispanların duelini Cüneyt Çakır idarə edəcək. Türkiyəli FİFA referisinə Bahattin Duran və Tarık Engün köməklik edəcəklər. 4-cü hakim funksiyasını Halis Özkahya yerinə yetirəcək. VAR (videotəkrar) hakimləri isə Hollandiyadan Danni Makkeli və Kamfus Yohem olacaqlar.

"Liverpul" - "Bavariya" görüşü isə italiyalı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Canluka Rokki, laysmanlar Filippo Meli və Matteo Passeri, 4-cü referi isə Paolo Valeri olacaq. VAR sisteminə isə Massimiliano İrrati və Marko Qvida nəzarət edəcək.

Qeyd edək ki, hər iki qarşılaşma fevralın 19-dan 20-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 


Son xəbərlər