40 yaşında qol vurdu, Bundesliqanın tarixinə düşdü

40 yaşında qol vurdu, Bundesliqanın tarixinə düşdü
XƏBƏR 17 Fevral 2019 / 13:40 3852
-  A +

Almaniya çempionatının 22-ci turunun “Herta” ilə oyununda (1:1) vurduğu qol “Verder”in hücumçusu Klaudio Pisarro üçün əlamətdar olub.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, matçın 90+6-cı dəqiqəsində fərqlənən perulu forvard Bundesliqada qol vuran ən yaşlı futbolçu kimi tarixə düşüb. 40 yaşlı oyunçu bununla “Verder”in sabiq üzvü Miroslav Votavanın rekurdunu yeniləyib.

Qeyd edək ki, ardıcıl 21 ildir ki, Bundesliqada qol vuran Pisarro çempionat tarixində ən yaxşı əcnəbi bombardirdir.


Son xəbərlər