"Barselona"nın futbolçusunun evi qarət olundu

"Barselona"nın futbolçusunun evi qarət olundu
XƏBƏR 17 Fevral 2019 / 12:49 2798
-  A +

"Barselona"nın yarımmüdafiəçisi Kevin-Prins Boatenqin evi qarət olunub.

Qol.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, hadisə dünən İspaniya La Liqasının 24-cü turunun "Valyadolid"lə oyunu (1:0) zamanı baş verib. Evə girən naməlum şəxslər oradan təxminən 300 min avro dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıblar.

Qeyd edək ki, Boatenq "Barselona"ya bu qış fasiləsində "Sassuolo"dan keçib.

Daha çox


Son xəbərlər