Sala ilə vida mərasimi – Şəkillər

Sala ilə vida mərasimi – Şəkillər
XƏBƏR 17 Fevral 2019 / 12:04 5106
-  A +

Təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala ilə doğulduğu Argentinanın Proqreso şəhərciyində vida mərasimi keçirilib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, tədbir hücumçunun ilk klubu olan “San Martin” klubuna məxsus idman kompleksinin binasında təşkil olunub. Mərasimdə mərhum futbolçunun yaxınları ilə yanaşı, futbolçular, “Kardiff”in baş məşqçisi Nil Uornok və minlərlə insan iştirak edib. Vida mərasimindən sonra Sala dəfn olunub.

Xatırladaq ki, qış fasiləsində 17 milyon avroya "Nant"dan "Kardiff"ə transfer olunan Sala yanvarın 22-i Fransadan Britaniyaya xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.Salanın cəsədi La Manş boğazının dibindəki təyyarə qırıntısından çıxarılıb.
























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər