İkardi arvadına görə "Real"a keçə bilməyib

İkardi arvadına görə "Real"a keçə bilməyib
XƏBƏR 17 Fevral 2019 / 10:55 4435
-  A +

"İnter"in hücumçusu Mauro İkardi ötən yay "Real"a keçə bilərmiş.

Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, "kral klubu" son anda argentinalı forvarddan imtina edib. Madrid təmsilçisi futbolçunun həyat yoldaşı, eyni zamanda meneceri olan Vanda Naraya görə bu addımı atıb. V. Naranın danışıqlar zamanı tez-tez fikir dəyişdirməsi "Real" rəsmilərinin narazılığına səbəb olub. Məhz bundan sonra ispan klubu İkardini almaq fikrindən daşınıb və danışıqlar dayandırılıb.

Qeyd edək ki, "İnter" rəhbərliyi ilə münasibətləri korlanan İkardinin transferə çıxarıldığı söylənilir.

Daha çox


Son xəbərlər