"Mançester Yunayted"in hədəfindəki müdafiəçi

"Mançester Yunayted"in hədəfindəki müdafiəçi
XƏBƏR 17 Fevral 2019 / 10:29 2657
-  A +

"İnter"in müdafiəçisi Milan Şkrinyar yayda "Mançester Yunayted"ə keçə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, sloveniyalı futbolçu hazırda "qırmızı şeytanlar"ın əsas transfer hədəfi hesab olunur. Mankunyanlar daha əvvəl 23 yaşlı oyunçu üçün İtaliya klubuna 60 milyon avro təklif etsələr də, rədd cavabı almışdılar. "İnter" aparıcı üzvü üçün 90 milyon avro tələb edir. Bu mövsümün sonunda "Mançester Yunayted" rəhbərliyinin sözgedən məbləği ödəyərək, Milanı alacağı iddia olunur.

Qeyd edək ki, Şkrinyar "İnter"ə 2017-ci ilin yayında 34 milyon avro qarşılığında "Sampdoriya"dan keçmişdi. Onun Milan təmsilçisi ilə 2022-ci ilin iyun ayına qədər müqaviləsi var.

Daha çox


Son xəbərlər