Nigariyalı hücumçu yenidən Azərbaycanda

Nigariyalı hücumçu yenidən Azərbaycanda
ÖLKƏ FUTBOLU 16 Fevral 2019 / 13:05 5798
-  A +

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi nigeriyalı hücumçu Oke Akpovetanın keçidini həll edib. 27 yaşlı futbolçu ilə bu mövsümün sonuna (mayın 31-dək) kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 2014-cü ildə "Rəvan"ın formasını geyinən Okenin son klubu İsveç "Eskilstuna"sı olub. Afrikalı hücumçu əvvəllər Nigeriyanın "Varri Volves", Danimarkanın "Bröndbi", "Bronşoy", "Linqbi", İsveçin "Fre", "Dalkurd" və "Helsinqborq" klublarında çıxış edib.

Daha çox


Son xəbərlər