"Neftçi"dən daha bir transfer

"Neftçi"dən daha bir transfer
ÖLKƏ FUTBOLU 15 Fevral 2019 / 14:17 5898
-  A +

"Neftçi" yeni transferini reallaşdırıb.

Qol.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Moldovanın "Şerif" klubunun futbolçusu Petru Rakunu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Raku "Neftçi"də 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu "Şerif” (2017-2018) olan Raku Moldovanın "Zimbru” (2005-2007), "Veris” (2013-2014), "Milsami” (2015-2017), İsveçin "Norrçöpinq” (2007-2011), Finlandiyanın "MüPa-47” (2008) və Danimarkanın "Hyörrinq” (2012) klublarında da çıxış edib. O, Moldova milli komandasının heyətində 47 oyun keçirib, 1 qol vurub.


Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki