"Spartak" Səmədovla donuz kimi davrandı"

"Spartak" Səmədovla donuz kimi davrandı"
XƏBƏR 14 Fevral 2019 / 14:52 4814
-  A +

Moskva "Dinamo"sunun keçmiş futbolçusu Andrey Voronin "Spartak"ın Azərbaycan əsilli sabiq yarımmüdafiəçi Aleksandr Səmədovla yolları ayırmasına münasibət bildirib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib:  "Bu barədə  mənim etik sözlər işlətməyim  çətindir. Onların Səmədovla donuz kimi davrandıqlarını deyə bilərəm. Səmədov iki dünya və Avropa çempionatının iştirakçısıdır. O, "Spartak"la qızıl medal qazanıb. Lakin müqavilənin bitməsinə yarım il qalmış onu qapıdan qovurlar".

Qeyd edək ki, "Spartak" yanvarda Aleksandr Səmədovla yolları ayırıb. O, hazırda millimizin üzvü Ramil Şeydayevin də çıxış etdiyi "Krılya Sovetov"da oynayır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord