UEFA-dan “Real”ın qapısına vurulan qolun ləğvi ilə bağlı – Açıqlama

UEFA-dan “Real”ın qapısına vurulan qolun ləğvi ilə bağlı – Açıqlama
DÜNYA FUTBOLU 14 Fevral 2019 / 13:20 7364
-  A +

UEFA Çempionlar Liqasında dünən gecə ilk dəfə tətbiq olan VAR sistemi sayəsində ləğv edilən qolla bağlı rəsmi izahat yayımlayıb.

Qol.az-ın ÇL-in rəsmi "Tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının 1/8 finalında "Ayaks"ın futbolçusu Nikolas Talyafikonun "Real"a qarşı matçın (1:2) 38-ci dəqiqəsində, hesab 0:0 olarkən vurduğu qolun ləğvi ilə bağlı bildirilib: "Talyafikonun qolu videotəkrara baxışdan sonra ləğv edilib. Hakim müəyyən edib  ki, Talyafiko Tadiriçin ötürməsi zamanı oyundankənar vəziyyətdə idi və qapıçı Tibo Kurtuanın topa oynamağına mane olmuşdu. Hər şey VAR qaydalarına uyğun olaraq edilib və doğru qərar verilib".

Qeyd edək  ki, "Ayaks"ın baş məşqçisi Erik ten Haq oyundan sonra qolun ləğvinin yanlış qərar olduğunu  bildirib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı