Jardim cəzalandırıldı

Jardim cəzalandırıldı
DÜNYA FUTBOLU 14 Fevral 2019 / 12:15 1645
-  A +

Fransa Futbol Federasiyasının İntizam Komitəsi "Monako"nun baş məşqçisi Leonarda Jardimi cəzalandırıb.

Qol.az Liqa 1-in saytına istinadən xəbər verir ki, buna onun Fransa Liqasının 24-cü turunda "Monpelye" ilə matçda (2:2) hakimə qarşı kəskin etirazı səbəb olub. Buna görə, portuqaliyalı mütəxəssis 1  oyunluq cəzalandırılıb. Beləliklə, o, fevralın 24-ü keçiriləcək "Lion"la görüşdə məşqçi skamyasında ola bilməyəcək.

Qeyd edək ki, L.Jardim futbolçusu Jemersonun 90-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulmasına sərt şəkildə narazılığını bildirmişdi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı