Bakıda Avropa Klublar Birliyinin iclası keçirildi - Şəkillər

Bakıda Avropa Klublar Birliyinin iclası keçirildi - Şəkillər
XƏBƏR 12 Fevral 2019 / 15:53 1566
-  A +

Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib.

Qol.az-ın məlumatına görə, "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə paytaxtımızda keçirilən iclasda Türkiyə, ("Beşiktaş", "Fənərbaxça", "Başakşehir") İsrail ("Makkabi" (Hayfa), "Makkabi" (Tel-Əviv)) və MDB ölkələrinin ("Zenit", "Zimbru", "Daçia", "Dinamo" (Minsk), ÇSKA (Moskva) "Jalgiris"), "Neftçi", "Qəbələ" və “Qarabağ” klublarının nümayəndələri iştirak edib. İclasda 2021-24-cü illərdə olacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.

 Qeyd edək ki, Ağdam klubunun baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin İşçi qrupunun büro üzvüdür.

Martın 25-də Amsterdamda isə Avropa Klublar Birliyinin baş assembleyası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərəcək və daha sonra UEFA-ya təqdim olunacaq.








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər