Yurçeviç rəsmən millimizdə - Yenilənib

Yurçeviç rəsmən millimizdə - Yenilənib
ÖLKƏ FUTBOLU 11 Fevral 2019 / 19:49 8798
-  A +

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın  AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,iclasda Azərbaycan milli komandasının baş məşqçi təyin olunub. Qurban Qurbanovun istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə  xorvatiyalı Nikola Yurçeviç təyin edilib.Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacağı bildirilib.

 
Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zaqreb” klubunda başlayan Yurçeviç daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komandalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Yurçeviç solaraq, Zaqreb “Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.

 


















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər